Xavi Braziliya millisində işləmək istəməyib

11:58 - 28 Noyabr 2022

"Barselona"nın baş məşqçisi Xavi Braziliya millisində işləmək təklifindən imtina edib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Braziliya Futbol Federasiyasının təklifindən imtina edən ispaniyalı mütəxəssis bunun səbəbini açıqlayıb:

"Gözlənilməz təklif idi. Menecerim onlarla danışırdı. Titenin məşqçilər korpusuna daxil olaraq onunla çalışmaq imkanım yaranmışdı. Lakin mən baş məşqçi kimi çalışmaq istəyirdim. Gözlədim və "Barselona"dan təklif gəldi. Bu əla fürsət oldu. İstədiyim yerdəyəm, dünyanın ən yaxşı klubunda, ürəyim istəyən klubdayam".

Xəbər xətti