Almaniya millisinin və "Bavariya"nın qolkiperi Manuel Noyer dünya çempionatlarının rekordunu təkrarlayıb.
Sportal.az "ZDN"ə istinadən xəbər verir ki, təcrübəli qolkiper bunu mundialı ikinci turunun İspaniya ilə görüşünə (1:1) çıxaraq edib.
İspaniyaya qarşı matç 36 yaşlı qapıçının dünya çempionatında 18-ci oyunu olub. O, həmyerlisi Zepp Mayer və braziliyalı Klaudio Taffarelə çatıb.
Almaniyalı qapıçı qrup mərhələsinin üçüncü turunun Kosta-Rika ilə matçında meydana çıxarsa, mundialda ən çox oyun keçirmiş qapıçı olacaq.
