Azərbaycan klubu "Slaviya" ilə qarşılaşacaq

15:28 - 28 Noyabr 2022

2022/23 mövsümündə ölkəmizi Çağırış Kubokunda təmsil edəcək qadın voleybolçulardan ibarət “Azərreyl” bu turnirin 1/32 final mərhələsində Slovakiyanın “Slaviya” komandası ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, hər iki oyun Bakıda keçiriləcək.

Noyabrın 29-dakı qarşılaşmada “Azərreyl”, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq.

Hər iki görüş Dərnəgül Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da start götürəcək. Giriş sərbəstdir.

Xəbər xətti