Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Serjio Oliveyra sıradan çıxıb. Bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.
Tibbi müayinədən keçən portuqaliyalı futbolçunun sağ ayaq biləyinin yan bağlarında yırtıq aşkarlanıb. 30 yaşlı futbolçu ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Qalatasaray" Serjio Oliveyranı mövsümün əvvəlində "Portu"dan transfer edib. Təcrübəli komandanın heyətində meydana çıxdığı 14 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi