Tunis qalib gəldi, Fransa 1/8 finala yüksəldi - VİDEO

21:10 - 30 Noyabr 2022

Dünya çempionatında qrup mərhələsinin sonuncu turunun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, D qrupunda Fransa və Tunis milli komandaları üz-üzə gəlib. Qarşılaşma Afrika təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

Fransa məğlub olmasına baxmayaraq, 6 xalla qrupu lider kimi başa vurub və 1/8 finala yüksəlib. 4 xalı olan Tunis isə mundialla vidalaşıb.

 

Tunis - Fransa 1:0

Qol: Vahbi Xazri, 58

 

Xəbər xətti