Avstraliyanı 1/8 finala yüksəldən qələbə - VİDEO

21:25 - 30 Noyabr 2022

Dünya çempionatında qrup mərhələsinin sonuncu turunun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, D qrupunda Danimarka və Avstraliya milli komandaları üz-üzə gəlib. Qarşılaşma Qraham Arnoldun yetirmələrinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

Xallatını 6-ya yüksəldən Avstraliya yığması qrup ikincisi kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb. 1 xalı olan Danimarka isə mundialda çıxışını başa vurub.

 

Avstraliya - Danimarka 1:0

Qol: Metyu Leçki, 60

 

Xəbər xətti