Argentina və Polşa 1/8 finala belə yüksəldi VİDEO

01:04 - 1 Dekabr 2022

Dünya çempionatında qrup mərhələsinin sonuncu turunun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, C qrupunda Argentina və Polşa milli komandaları üz-üzə gəlib. Qarşılaşma cənubi amerikalıların 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 6-ya yüksəldən Argentina yığması qrup lideri kimi 1/8 finala adını yazdırıb. 4 xalı olan Polşa qrupda ikinci yeri tutaraq 1/8 finala yüksəlib.

 

Polşa - Argentina 0:2

Qollar: Aleksis Mak Allister, 46, Julyan Alvares, 68

 

Xəbər xətti