DÇ-2022: Meksika millisinin baş məşqçisi istefa verdi

10:03 - 1 Dekabr 2022

Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa verib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis dünya çempionatının qrup mərhələsinin 3-cü turunun Səudiyyə Ərəbistanı (2:1) ilə oyunundan sonra həmin addımı atıb.

Argentinalı mütəxəssis Meksika millisini növbəti mərhələyə çıxaraca bilmədiyi üçün komandada qalmaq istəməyib.

Meksika millisi C qrupunda Polşa ilə birlikdə 4 xal toplasa da, top fərqinə görə pley-off mərhələsinə yüksələ bilməyib.
 

Xəbər xətti