25 yaşlı müdafiəçi İngiltərə millisinin düşərgəsini tərk etdi

10:15 - 1 Dekabr 2022

İngiltərə millisinin üzvü Ben Uayt yığmanın düşərgəsini tərk edib.

Sportal.az İngiltərə Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi şəxsi məsələləri əsas gətirərək, Qətərdən İngiltərəyə qayıdıb.

"Arsenal"ın futbolçusunun millinin düşərgəsinə qayıdacağı ehtimal edilmir.

Onun adı mundialdakı üç oyunda iştirak ərizəsinə salınsa da, ehtiyatda qalıb. 

 

Xəbər xətti