DÇ-2022: Portuqaliya millisində ciddi itki

10:55 - 1 Dekabr 2022

Portuqaliya millisinin daha bir üzvü zədələnib.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, Danilo Pereyranın ardından Nunu Mendeş sıradan çıxıb. Amma gənc futbolçu üçün mundial artıq başa çatıb.

Dünya çempionatının ikinci turunun Uruqvayla görüşündə xəsarət alan futbolçunun sağalması iki ay çəkəcək.

Buna baxmayaraq, futbolçu millinin düşərgəsini tərk etməyib. Əzələsində problem yaranan müdafiəçinin əməliyyat edilməyəcəyi, lakin ciddi şəkildə müalicə prosesi keçəcəyi gözlənilir.
 

Xatırladaq ki, Portuqaliya millisi artıq 1/8 finala vəsiqəni təmin edib.

Xəbər xətti