"Millinin formasını geyindiyim üçün xoşbəxtəm"

11:18 - 1 Dekabr 2022

Argentina millisinin yarımmüdafiəçisi Rodriqo De Paul 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında azarkeşlərinin ona ünvanladığı tənqidlərə cavab verib.

Sportal.az "TyC Sports"a istinadən xəbər verir ki, "Atletiko"nun 28 yaşlı futbolçusu məsələ haqda bunları deyib:

"Argentina millisinin formasını geyindiyim üçün xoşbəxtəm. Doğulduğum ölkəni sevirəm və hər matçda əlimdən gələni edirəm. Bu, heç vaxt dəyişməyəcək. Bəzən işlər yaxşı gedir, bəzən pis. Amma mənə daha yaxşı davranılması üçün gizlənmək və ya kompromisə getmək fikrim yoxdur. Olduğum kimiyəm. Buralara qədər gəlməyim olduğum kimi görünməyimdir. Həmişə belə olaraq qalacaq".

Xəbər xətti