Belçika millisinin baş məşqçisi Roberto Martinez dünya çempionatının qrup mərhələsinin 3-cü turunun Xorvatiya ilə oyunundan gözləntilərini bölüşüb.
Sportal.az FİFA-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis matç haqda bunları deyib:
“Mentalitetdən çox şey asılı idi. Rahatlıq yox idi, həddən artıq məsuliyyət hiss edirdik. Hər bir oyunçu uduzmaqdan qorxurdu. Bu, daha çox "bu gün uduzmaq olmaz” məsələsi idi. Bu gün heç-heçə olarsa, turnirlə vidalaşırıq. 2018-ci ildə ikinci yeri tutmuş turnirin ən yaxşı komandalarından biri ilə oynayırıq. Onların keyfiyyətini, rəqabət üstünlüyünü bilirik. Uzun müddətdir ki, onlar eyni baş məşqçi ilə işləyirlər”.
Xatırladaq ki, Xorvatiya - Belçika görüşü 19:00-da oynanılacaq.
