Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixində matç sayında Dieqo Maradonanı keçdikdən sonra emosiyalarını bölüşüb.
Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu dünyasını dəyişmiş əfsanəvi futbolçu haqda bunları deyib:
"Bu haqda bir az əvvəl xəbər tutdum. Bu cür rekorda sahib olmaq gözəldir. Düşünürəm ki, Dieqo mənim adıma çox xoşbəxt olardı. Çünki o, mənə həmişə böyük sevgi ilə yanaşardı. İşlərim yaxşı gedəndə həmişə xoşbəxt olurdu".
Xatırladaq ki, Argentina millisi qrup mərhələsinin üçüncü turunda Polşa yığmasına 2:0 qalib gəlib.
