Rusiya millisinin veteran forvardı: "Səbail"i çalışdıra biləcəyim haqda yayılan xəbərə şərh verə bilmərəm"

14:35 - 1 Dekabr 2022

Rusiya millisinin veteran forvardı Aleksandr Kerjakov Azərbaycanda işləyə bilər.

Sportal.az "Sport Ekspress"ə istinadən xəbər verir ki, rusiyalı "Səbail"ə baş məşqçi təyin oluna biləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib:

"Səbail"i çalışdıra biləcəyim haqda yayılan xəbərə şərh verə bilmərəm. Bu, baş verərsə, xəbər tutacaqsınız".

40 yaşlı mütəxəssis Rusiyanın U-17 yığmasını çalışdırıb. Bununla yanaşı, "Tom" və "Nijni Novqorod" komandalarında işləyib. 

 

Xəbər xətti