“Barselona”nın və Polşa millisinin forvardı Robert Levandovski dünya çempionatının 1/8 finalında Fransa ilə qarşılaşmasından gözləntilərini bölüşüb.
Sportal.az “RMC Sport”a istinadən xəbər verir ki, təcrübəli hücumçu komandasının ¼ final mərhələ şanslarını dəyərləndirib:
“Fransa favoritdir. Əvvəla, onlara problem yaratamaq, xüsusən də hücumda daha çox imkanlar əldə etmək istəyiriksə, daha ço artırmalıyıq. Onların əla komandası var, amma biz onları Tunislə oyunda gördük. Demək ki, hər şey mümkündür. Bu, bizim üçün böyük sınaq olacaq. Daha yaxşı oynamalı olacağıq”.
saytlarin hazirlanmasi
