"Sabah"ın mütləq rekordçusu bəllidir

16:30 - 1 Dekabr 2022

"Sabah"ın futbolçusu Amin Seydiyev üçün Misli Premyer Liqasının 15-ci turunun "Turan Tovuz"la görüşü (1:0) əlamətdar olub.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Masazır klubunun heyətində 68-ci oyununa çıxmış Seydiyev klubun tarixində mütləq rekordçusudur.

Bundan öncə Amin komandanın sabiq qolkiperi Saşa Stamenkoviç (67) ilə şərikli lider idi.

Seydiyev “Sabah”ın heyətində yüksək liqada 64, ölkə kubokunda isə 4 matç keçirib

Xəbər xətti