"Neftçi"nin və Bolqarıstan millisinin veteran yarımmüdafiəçisi Svetoslav Stefanov vaxtı ilə üç illik müqavilə bağladığı Bakı klubundakı problemlərindən danışıb.
Sportal.az "Blitz"ə istinadən xəbər verir ki, bolqarıstanlı veteran futbolçu paytaxt klubundakı vaxtını xatırlayıb:
"Baş məşqçi ilə problemlərim olduğuna görə, "Neftçi"ni tərk etməli oldum. Birinci mövsümdən sonra məni Çinin “Çançunq Yatay” klubuna yollandım. Çempionluq mövsümündən sonra orada qalmaq istəyirdim. Amma “Neftçi”də baş məşqçi dəyişikliyi oldu və məndən geri qayıtmağı tələb etdilər".
Qeyd edək ki, 2006/07 mövsümündə Qurban Qurbanov bakılıların mentoru olub.
