Polşa millisinin baş məşqçisi Çeslav Mixneviç komandasının Fransa millisi ilə qarşılaşacağı dünya çempionatının 1/8 final oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Sportal.az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, polşalı məşqçi noyabrın 4-nə nəzərdə tutulmuş matç haqda bunları deyib:
"Rəqibimiz əla formadadır, güclüdür. Fransızlar hazırkı dünya çempionlarıdır. Üstəlik, onların texniki ustalığı yüksək səviyyədə olan idmançıları var. Bizim əsas vəzifəmiz onlara problem yaratmaqdır. Hamı Braziliya - Fransa finalını arzulayır. Lakin əvvəlcə fransızlar bizi məğlub etməlidirlər".
Polşa dünən Argentinaya məğlub olsa da, top fərqi ilə Meksikanı qabaqlayaraq yer aldığı qrupda ikinci pilləni tutaraq 1/8 finala yüksəlib.
