Portuqaliya milli komandası DÇ-2022-nin qrup mərhələsinin son turu çərçivəsində sabah Cənubi Koreya ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Avropa təmsilçisinin baş məşqçisi Fernando Santos matçdan öncə açıqlama verib. 68 yaşlı mütəxəssis Kriştiana Ronaldonun oynayıb-oynamayacağının hələ məlum olmadığını deyib:
"Otavio, Danilo və Nuno Mendeş oynamayacaq. Komandada hamının vəziyyəti yaxşıdır. Amma 4 gündən bir oynamaq ağırdır. Bir az yorğunluq var. Bu da zədələrə səbəb olur. Kriştiano Ronaldo məşqdə yer alacaq. Durumunu məşqdən sonra görəcəyik. Tam hazır olub-olmayacağını bilmirəm".
Qeyd edək ki, 2 turdan sonra 6 xal toplayan Portuqaliya milli komandası 1/ finala vəsiqəni təmin edib. Fernando Santosun yetirmələri sabah Bakı vaxtilə saat 19:00-da Cənubi Koreya ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
