Argentina milli komandasının kapitanı Lionel Messi Meksikanın formasını tapdalaması ilə bağlı iddialara münasibət bildirib.
Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu heç kimə qarşı hörmətsizlik etmədiyini bildirib:
"Bunlar hamısı bir yanlış anlaşılma idi. Mən tanıyan hər kəs heç kimə hörmətsizlik etmədiyimi bilir. Üzr istəməyimə ehtiyac yoxdur. Çünki, Meksika xalqına və millinin formasına hörmətsizlik etməmişəm".
Qeyd edək ki, DÇ-2022-nin qrup mərhələsinin ikinci turunun Meksika ilə matçından (2:0) sonra Lionel Messinin rəqib komandanın formasını tapdaladığı iddia olunmuşdu.
saytlarin hazirlanmasi
