Mərakeşi qrup lideri edən qələbə - VİDEO

21:13 - 1 Dekabr 2022

Dünya çempionatında qrup mərhələsinin sonuncu turunun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, F qrupunda Mərakeş və Kanada yığma komandaları üz-üzə gəlib. Qarşılaşma Afrika təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 7-yə yüksəldən Mərakeş qrup lideri kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb. Bütün görüşlərdə məğlub olan Kanada millisi isə mundialla vidalaşıb.

 

Kanada - Mərakeş 1:2

Qollar: Nayef Aqerd, 40 (avtoqol) - Hakim Ziyeş, 4, Yussef En-Nesiri, 23

 

Xəbər xətti