Almaniyanın Qərb Regional Liqasında XIX turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası evdə “Köln”ün əvəzedici heyəti ilə qarşılaşıb. Matç"Şalke"nin 5:0 hesablı qələbəsiylə başa çatıb.
Rüfət Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb. 30 yaşlı forvard 29-cu dəqiqədə "Şalke"ni önə keçirən qola imza atıb.
“Şalke”nin ikinci komandası 19 turdan sonra 30 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.