Argentina millisinin üzvü Lionel Messi dünya çempionatlarında yeni rekorda imza atıb.
Sportal.az Argentina mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi dünya çempionatının 1/8 final mərhələsinin Avstraliya ilə (2:1) görüşünün ən yaxşısı seçilməklə nail olub.
Belə ki, Messi ümumulikdə 8-ci dəfə bu mükafatı qazanıb. Davam edən mundialda təcrübəli futbolçunun aktivində 3 qol, 1 assist var.
Xatırladaq ki, Argentina millisi 1/4 finalda Niderlanda rəqib olub.
