Uruqvay millisində baş məşqçi dəyişikliyi baş tutacaq.
Sportal.az "TyC Sports"a istinadən xəbər verir ki, Marselo Byelsa Uruqvay millisini çalışdıra bilər.
67 yaşlı argentinalı mütəxəssislə danışıqlar müsbət yekunlaşıb və o, yaxın vaxtlarda millinin baş məşqçisi təyin ediləcək.
Hazırkı baş məşqçi Dieqo Alonso ilə müqavilə müddəti isə uzadılmayacaq.
