"Yuventus" 19 yaşlı futbolçu ilə müqavilə müddətini uzadacaq

11:08 - 4 Dekabr 2022

"Yuventus" Samuel İlinq-Junior müqavilə müddətini uzatmaq üçün razılıq əldə edib.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Müqavilə müddəti uzadılarsa, o, 2027-ci ilin yayına qədər "qoca sinyora"ya aid olacaq. 

İlinq-Junior bu mövsüm Turin klubunun heyətində 4 oyuna çıxıb, 2 assitlə yadda qalıb. 

İngiltərəli futbolçu "Çelsi" yetirməsidir və 2021-ci ildən "Yuve"də çıxış edir. 

Xəbər xətti