Argentina millisinin baş məşqçisi: "Avstraliya fiziki cəhətdən bizdən üstün idi"

11:37 - 4 Dekabr 2022

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının 1/8 final mərhələsinin Avstraliya üzərindəki qələbəsini (2:1) şərh edib.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, gənc mütəxəssis rəqibin fiziki baxımdan daha hazırlıqlı olduğunu deyib:

“Nəticədən razıyıq. Bugünkü matç çox çətin keçdi. Avstraliya güclü təzyiq göstərdi. Onlar fiziki cəhətdən bizdən üstün idi. Tipik dünya çempionatı oyunu oynadıq. Bu oyun əvvəlki oyundan 72 saat sonra oynanılıb. Niderland çətin komandadır. Mən iki tarixi rəqib arasında möhtəşəm oyun gözləyirəm”.

Xatırladaq ki, Argentina 1/4 finalda Niderlandla qarşılaşacaq.

Xəbər xətti