Braziliya millisinin üzvü Premyer Liqa klubuna keçir

11:55 - 4 Dekabr 2022

"Atletiko"nun (Madrid) forvardı Mateus Kunya karyerasını Premyer Liqada davam etdirə bilər.

Sportal.az "Cadena SER" portalına istinadən xəbər verir ki, forvard qış "transfer pəncərəsi"ndə "Vulverhempton"a keçəcək.

Artıq tərəflər arasında razılıq əldə olunub. 

2021-ci ildən Braziliya millisində çıxış edən 23 yaşlı forvard elə həmin il “Herta”dan “Atletiko”ya keçmişdi.

"Koritiba" yetirməsi olan Kunya "Sion" və "Leyptsiq" klublarının da formasını geyinib.

 

Xəbər xətti