"Kəpəz" Misli Premyer Liqasının 16-cı turunda bu gün "Sumqayıt"a qarşı keçiriləcək matça itkilərlə çıxacaq.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Zamiq Əliyev ilə Ruslan Süleymanov zədə səbəbindən oyunu buraxacaq.
Giorgi Kantariya isə cəzalı durumda olduğuna görə matçda iştirak edə bilməyəcək.
Zədədən yeni qayıdan Elvin Yunuszadə isə oyun təcrübəsini artırmaq üçün əvəzedici heyətə göndərilib.
