Messi: "Bizi Niderlanda qarşı çox çətin oyun gözləyir"

13:43 - 4 Dekabr 2022

Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-nin 1/8 finalında Avstraliyaya qalib gəldikdən (2:1) sonra turnirin 1/4 finalında Niderlanda qarşı keçiriləcək oyunla bağlı danışıb.

Sportal.az "Reuters"ə istinadən xəbər verir ki, təcrübəli futbolçu komandanın yarımfinal şanslarını dəyərləndirib:

"İndi bizi həqiqətən Niderlanda qarşı çox çətin oyun gözləyir. Onlar çox yaxşı futbol oynayır. Niderland millisinin əla futbolçuları və əla baş məşqçisi var. Çətin mübarizə olacaq. Bu, dünya çempionatının 1/4 finalıdır. Əgər turnirin ilk oyunları çətin idisə, indiki mərhələdə daha da ağır olacaq".

 

Xəbər xətti