Almaniyada oynayan Azərbaycan millisinin sabiq forvardı: "Daha çox qol vurmalı olduğumu bilirəm"

14:04 - 4 Dekabr 2022

Almaniyanın "Şalke-2" komandasında oynayan Azərbaycan millisinin sabiq forvardı Rüfət Dadaşov Regional Liqanın Qərb zonasında 19-cu turunun "Köln-2" (5:0) üzərində qazanılan qələbədən sonra yerli mətbuata danışıb.

Sportal.az xəbər verir ki, "Revier Sport"a açıqlama verən Dadaşov son turda vurduğu qolla komandasının qələbə qazanmasını şərh edib: "Bu vəziyyətdə qol vurmağımız çox vacib idi. Stabilliyimizi qoruduq. Ola bilər ki, əvvəlki oyunlarda məhz bu çatışmırdı. Qapının toxunulmazlığını qoruduq və indi qış tətilinə yüksək əhval-ruhiyyə ilə yollanırıq. Məşqçilər bizi yaxşı hazırlaşdırmışdı. Rəqibin nə istədiyini dəqiq bilirdik".

O, son zamanlar aldığı zədə səbəbindən maska ilə oynamaq məcburiyyətində qaldığını deyib: "Maska ilə oynamaq çox çətindir. "Köln-2"ə qarşı matç, meydana maska ilə çıxdığım ikinci oyun oldu. Bəzən topları çox gec görürəm. Şadam ki, fasilə yaranıb. Ümid edirəm ki, yeni ildən maskasız oyunlara çıxa biləcəm".

Dadaşov tez-tez özünü tənqid etdiyini də dilə gətirib: “Nəsə etməyə çalışırdım. Amma bəzən alınmırdı. Mövsümün ikinci yarısında daha çox şey etməliyəm. Daha çox qol vurmalı olduğumu bilirəm".


Mirbağırağa

Xəbər xətti