Niderland millisinin və “İnter”in müdafiəçisi Stefan de Vrey komandasını dəyişə bilər.
Sportal.az "Todofichajes"ə istinadən xəbər verir ki, təcrübəli müdafiəçi “Atletiko”ya keçməyə yaxındır.
Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone niderlandlı futbolçunun transferində maraqlıdır.
Argentinlı mütəxəssis 30 yaşlı müdafiəçinin komandanı gücləndirə biləcəyinə inanır.
“İnter” isə Vrey ilə yeni müqavilə müddətini uzatmaq üçün razılıq əldə edə bilmir.
“Feyenoord” yetirməsi olan De Vrey 2018-ci ildə “Latsio”dan “İnter”ə keçmişdi.
saytlarin hazirlanmasi
