"Real" niderlandlı üçün hərəkətə keçdi

15:17 - 4 Dekabr 2022

"Bayer"( Leverkuzen) və Niderland millisinin üzvü Ceremi Frimponq "Real"ın transfer siyahısında yer alır.

Sportal.az "Defensa Central" portalına istinadən xəbər verir ki, Madrid klubu 21 yaşlı futbolçu uğrunda mübarizəyə qoşulub. 

İddiaya görə, "kral klubu" "Yuventus" və "Mançester Yunayted"lə mübarizədə bir addım öndədir.

Buna səbəb isə futbolçunun uşaqlıqdan "Real"a azarkeşlik etməsidir. 

"Mançester Siti" yetirməsi olan sağ cinah müdafiəçisi "Seltik"də oynadıqdan sonra, 2021-ci ildə "Bayer"ə keçib.

 

Xəbər xətti