"Messiyə qarşı oynayanda, anamdan kömək istəyirəm"

15:35 - 4 Dekabr 2022

Niderland millisinin veteran futbolçusu Rafael van der Vart Argentina yığmasının kapitanı Lionel Messinin DÇ-2022-dəki çıxışını şərh edib.

Sportal.az "NOS.nl" portalına istinadən xəbər verir ki, millinin sabiq üzvü argentinalıların aparıcı üzvü barədə heç də xoş sözlər deməyib:

"Yəni, bu Messidir? Mən Messiyə qarşı oynayanda inanın ki, anamdan kömək istəyirdim. Ona zəng vururdum (gülür). Leo əvvəllər inanılmaz dərəcədə güclü idi. İndi isə onu dayandırmaq mümkündür. Messi oyunboyu meydanda gəzir və öz-özümə deyirəm ki, “sən utanmırsan?”. Messi məni narahat etməyə başlayıb. Bu isə çox üzücüdür. Axı Messi kimi futbolçu bir daha dünyaya gəlməyəcək".

Xatırladaq ki, Argentina 1/4 finalda Niderland millisi ilə üz-üzə gələcək.

​39 yaşlı veteran futbolçu karyerası ərzində “Ayaks”, “Hamburq”, “Real”(Madrid), “Tottenhem”, “Betis” kimi komandalarda oynayıb.

Xəbər xətti