"Ronaldoya qarşı çox sərt oynamaq lazımdır"

16:18 - 4 Dekabr 2022

İsveçrə millisinin müdafiəçisi Manuel Akanji Portuqaliya yığmasının 37 yaşlı kapitanı Kriştiano Ronaldo haqda danışıb.

Sportal.az “Goal.com”a istinadən xəbər verir ki, “Mançester Siti”nin üzvü təcrübəli forvarda qarşı oynamağın asan olmayacağını bildirib:

“Ronaldoya heç vaxt cərimə meydançasında boş zona vermək olmaz. Ona qarşı çox sərt oynamaq lazımdır”.

​Xatırladaq ki, İsveçrə 1/8 finalda Portuqaliya ilə qarşılaşacaq.

Xəbər xətti