Neymarının 1/8 finalda oynayıb-oynamayacağına aydınlıq gəldi

18:19 - 4 Dekabr 2022

Braziliya millisinin aparıcı üzvü Neymarın dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreyaya qarşı keçiriləcək görüşdə meydana çıxıb-çıxmayacağı aydınlaşıb. 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi asiyalılara qarşı matçda meydanda olmayacaq.

Bu barədə yığmanın baş məşqçisi Tite mətbuat konfransında iştirak edərkən bildirib.

Xatırladaq ki, Neymar G qrupunun 1-ci turunun Serbiya ilə oyununda (2:0) topuq nahiyəsindən zədələnərək 79-cu dəqiqədə komanda yoldaşı ilə əvəzlənmişdi. 

Braziliya – Cənubi Koreya görüşü dekabrın 5-də keçiriləcək və Bakı vaxtı ilə 23:00-da start götürəcək.

 

Xəbər xətti