Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatının 1/8 finalında Polşa üzərində qazandıqları qələbəni (3:1) şərh edib.
Sportal.az "TMW" portalına istinadən xəbər verir ki, fransalı mütəxəssis qələbə haqda bunları deyib:
"Bu, asan olmadı. Çünki Polşa millisi yaxşı təşkil olunub. Fasilə zamanı oyunun gedişatını dəyişmək imkanımız oldu. Başqa çıxış yolları tapdıq. Mbappe kimi futbolçumuz var. O, bir çox problemləri həll etməyə qadirdir. Onun kimi futbolçumuzun olması bizim üçün yaxşıdır".
Xatırladaq ki, Fransa 1/4 finalda İngiltərə - Seneqal cütünün qalibi ilə qarşılaşacaq.
