Jiru Fransa millisinin tarixinə keçdi

23:04 - 4 Dekabr 2022

Qətərdə keçirilən dünya çempionatında iştirak edən Fransa millisi 1/8 finalda Polşanı məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, fransızların 3:1 hesabı ilə qalib gəldiyi görüşdə qollardan birinin müəllifi Olivye Jiru olub. O, bununla da 52-ci qoluna imza atıb.

Olivye Tyerri Anrini geridə qoyaraq ilk pilləyə yüksəlib. Anri 51 qol vurmuşdu.

Xəbər xətti