DÇ-2022: İngiltərə rekordunu təkrarladı

10:13 - 5 Dekabr 2022

DÇ-2022-nin 1/8 finalında İngiltərə Seneqalı (3:0) məğlub edərək növbəti mərhələyə adlamağı bacarıb.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Qaret Sautqeytin rəhbərlik etdiyi kollektiv indiyə qədər Qətərdəki mundialda 12 qol vurmağı bacarıb.

Belədə, onlar Avropa və dünya çempionatları tarixindəki rekord göstəricini təkrarlayıb.

İngilislər DÇ-2018-də 12 qol vurmuşdu.

Xatırladaq ki, britaniyalılar 1/4 finalında Fransa ilə qarşılaşacaq.

Xəbər xətti