"Gəncə" yenidən liderliyə yüksəldi

10:25 - 5 Dekabr 2022

Azərbaycan Basketbol Liqasında 8-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, turun son günündə bir matç oynanılıb.

Astara Olimpiya İdman Kompleksində baş tutan görüşdə "Gəncə" "Olimpik"i (Şəki) 105:80 hesabı ilə məğlubiyyətə uğradıb.

Aktivindəki xalların sayını 15-ə çatdıran Gəncə klubu liderliyi ələ keçirib. "Sabah" 14 xalla ikinci, NTD 13 xalla üçüncü pillədədir.

 

Xəbər xətti