Polşa millisinin hücumçusu Robert Levandovski dünya çempionatının 1/8 finalında Fransaya 1:3 hesabı ilə uduzduqdan sonra millidəki gələcəyi ilə bağlı hələ qərar vermədiyini bildirib.
Sportal.az “TMW” portalına istinadən xəbər verir ki, 34 yaşlı forvard məsələ haqda bu cür danışıb:
"Qərara təsir edə biləcək bir neçə amil və çox vaxt var. Oynamaqdan xoşbəxt olmalıyam. Komandamız hücum edəndə sevinirəm. Müdafiə olunduğumuz zaman isə çox da xoşbəxt deyiləm. Yenə də deyirəm ki, bir çox amillər qərarıma təsir edə bilər".
Təcrübəli futbolçu 2008-ci ildən Polşa millisində çıxış edir. O, 138 oyuna 78 qol vurub.
