“Benfika”nın müdafiəçisi Alexandro Qrimaldo karyerasını A Seriyasında davam etdirə bilər.
Sportal.az “IlBianconero”ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Yuventus”un maraq dairəsindədir.
Turin təmsilçisi ispaniyalı üçün “Benfika”ya müraciət edib. Onun Lissabon klubu ilə müqaviləsi 2023-cü ilin iyun ayında başa çatacaq.
"Valensiya" yetirməsi olan Qrimaldo 2016-cı ildə “Barselona”nın B komandasından “Benfika”ya keçmişdi.
