“İnter” Edin Dzekoya yeni müqavilə təklif etməyə hazırlaşır.
Sportal.az “Gazzetta.it” portalına istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən, futbolçu indikindən az maaş alacaq.
Dzekoya MLS və BƏƏ klublarından təklif var.
Amma o, aktiv futbolçu karyerasını A Seriyasında başa vurmaq istəyir.
36 yaşlı forvard 2021-ci ildə “Roma”dan “İnter”ə keçib.
