PSV və Niderland millisinin üzvü Kodi Qapko Premyer Liqada oynaya bilər.
Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" forvardı transfer etmək niyyətindədir.
"Qırmızı şeytanlar" mundialdan sonra forvarda ilk təklifini irəli sürəcək.
İngiltərə klubu Qakpo üçün PSV-yə 50 milyon funt-sterlinq təklif edəcək.
Tərəflər razılaşarsa, 23 yaşlı hücumçu qışda "Mançester Yunayted"lə müqavilə imzalayacaq.