İspaniya millisinin baş məşqçisi Luis Enrike 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının sonunda istefa verəcək.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyası Enrikeyə əvəzləyici də tapıb. Favorit isə daha əvvəl "Sevilya", "Valensiya", "Vilyarreal" və "Atletik”(Bilbao) klublarını çalışdırmış Marselinyo Toraldır.
Enrike isə 2019-cu ildən İspaniya millisinə rəhbərlik edir. İspaniya yığması Enrike ilə 2020-ci il Avropa çempionatının yarımfinalına yüksəlib. Qətərdə keçirilən dünya çempionatında isə İspaniya 1/8 finalda Mərakeşlə qarşılaşacaq.
