Türkiyənin "Qalatasaray" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Yunus Akgünlə sözləşmənin müddətini uzadıb. Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
22 yaşlı vinger 2026-cı ilin yayına kimi "sarı-qırmızılar"a məxsus olacaq.
Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü cari mövsümdə "cim bom"un heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi