"Bavariya" və Fransa millisinin müdafiəçisi Dayo Upamekano İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem haqda danışıb.
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu Almaniya mətbuatına açıqlamasında şənbə günü DÇ-2022-nin 1/4 final mərhələsində İngiltərəyə qarşı keçiriləcək görüşü barədə də fikirlərini bildirib:
"Bellinqemin təhlükəli olduğunu deməzdim. Amma onların çox güclü komandası var. Bellinqemi yaxşı tanıyıram. "Bavariya" - "Borussiya" görüşləri əsl müharibədir. O, həqiqətən istedadlıdır. Bütün matçlarda iştirak edərək təcrübə toplayan çox yaxşı futbolçu formasındadır. Düşünürəm ki, meydanın mərkəzində əsl mübarizə gedəcək. Təcrübəli Rabyu və Qrizmanndan istifadə edəcəyik, onlara güvənirik".
Xatırladaq ki, İngiltərə - Fransa matçı dekabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
