Tanınmış futbol mütəxəssisi Arsen Venger dünya çempionatının iki ildən bir keçirilməsinə qarşıdır.
Sportal.az xəbər verir ki, bu barədə "Arsenal"ın keçmiş baş məşqçisi, hazırda isə FİFA-nın qlobal futbolun inkişafı departamentinə rəhbərlik edən fransalı "L`Equipe" nəşrinə açıqlamasında bildirib:
"Onlar məndən bu barədə düşünməyimi istədilər və mən düşündüm ki, bu, pis ideya deyildi. Amma bu, seçmə mərhələ təqviminə tam yenidən baxılmasını tələb edəcək. Bu gün biz buna doğru getmirik. Daha çox dörd illik tsiklə üstünlük veririk. Çünki daha vacib turnirə çevrilən qadınlar arasında dünya çempionatı, Avropa çempionatı və klublararası dünya çempionatı var. Bunların hamısını nəzərə almaq lazımdır".
saytlarin hazirlanmasi
