Braziliyalı millisinin müdafiəçi Aleks Sandro kollektivlə məşqlərə qoşulub.
Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu zədəsini sağaltsa da, onun bu gün DÇ-2022-nin 1/4 final mərhələsinin Xorvatiya ilə görüşündə meydana çıxıb-çıxmayacağı bəlli deyil.
Braziliya millisinin bu gün Xorvatiyaya qarşı keçirəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
