"Barselona"da kapitan dəyişəcək

14:18 - 9 Dekabr 2022

"Barselona"nın əsas kapitanı dəyişə bilər.

Sportal.az "Diari ARA"ya istinadən xəbər verir ki, 30 yaşlı futbolçu hazırda komandanın üçüncü kapitanıdır.

Jerar Pike artıq karyerasını başa vurub. Komandanın hazırda əsas kapitanı Serxio Buskets isə mövsüm sonunda Kataloniya tərk edəcək.

Buna görə də, kapitanlıq sarğısı Robertoya həvalə olunacaq.

Mark-Andre ter Ştegen isə 30 yaşlı müdafiəçinin oynamayacağı oyunlarda, komandanı meydana kapitan kimi çıxaracaq. 

“Barselona” yetirməsi olan Roberto 2010-cu ildən əsas komandada çıxış edir.

 

Xəbər xətti