Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin 1/4 finalında İngiltərəyə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, fransalı mütəxəssis komandasının oyuna hazır olduğunu bildirib:
"İngiltərə millisinin zəif nöqtəsi yoxdur. Ola bilsin ki, onların yaxşı bacarmadıqları bəzi şeylər var və biz bundan yararlanmağa çalışmalıyıq. Rəqibin o qədər də yaxşı olmayan tərəflərini müəyyən etməliyik ki, onlara zərər verə bilək. Dünya çempionatı başlayandan biz sakitik və özümüzə də, hakimik. Bu, 1/4 finaldır, amma həyəcan yoxdur. Sakitik və oyunlardan həzz almaq istəyirik. Məqsədimiz isə növbəti mərhələyə çıxmaqdır".
Xatırladaq ki, İngiltərə - Fransa görüşü dekabrın 10-da Bakı vaxtı ilə 23:00-da başlayacaq.
